son dəqiqə SON DƏQİQƏ
"Kəpəz"in yararsız vəziyyətə düşdüyü deyilən avtobusu ilə bağlı "Gəncə" hücumçu transfer edib "Neftçi" və "Şamaxı" 700 manat cərimələndi Səbuhi üçün ağır cəza, "Sumqayıt" cərimə ödəməli olacaq - "Sabah"ın üzvü adını Azərbaycan futbolu tarixinə yazdırdı Millimizin üzvlərinin komandaları üçün pley-off sınağı - UEFA Avropa Liqası: Pley-offun oyunlarına start verilir - Simiç: "Əsas mərhələyə adlasaq..." AFFA-da daha iki departament rəhbəri vəzifəsindən uzaqlaşdırıldı Rəhman azarkeşlərə səsləndi Yeni transfer bu gün "Qarabağ"a kömək edə bilməyəcək - Pokatilov yığmaya çağırılıb - Dambrauskas: "Orhus"a da bu hesabla uduzmuşduq, lakin..." "Səbail"in matçında dava düşüb Günün oyunları: UEFA Konfrans Liqası: "Qarabağ" pley-off matçına çıxır - "Sabah" pley-offun ilk oyununda "Hapoel"ə belə uduzdu - Premyer Liqa klublarının yay transferləri Çempionlar Liqası: Pley-offun ilk oyunları yekunlaşıb - UEFA Çempionlar Liqası: “Sabah” "Hapoel"lə bacarmadı - İtaliya millisinin üzvü “Aston Villa”da “Braqa”da çıxış edəcək “Qarabağ” - “Tvente” oyununun biletləri satışda Məşqçi kursları start götürüb “Hapoel” - “Sabah”: Qubada III “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək Səudiyyə Ərəbistanınında çıxış edəcək Güləşçimiz ardıcıl ikinci dəfə dünya çempionu oldu

“Qarabağ” oyununun sədası : Runi xəbərdarlıq etdi, cavab alındı

Bölmə adı İngiltərə
Yayımlandı 8-11-2025, 19:23


İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi “Çelsi”nin baş məşqçisi Enso Mareskanı “Qarabağ”la keçirilən Çempionlar Liqasının oyunundakı (2:2) rotasiya qərarına görə tənqid edib.

Sport1.az xəbər verir ki, Runi “The Wayne Rooney Show” proqramında məsələ ilə bağlı deyib:
“Futbolçular oynamaq və meydanda bir-birlərini daha yaxşı anlamaq istəyirlər. Əgər sən daim heyəti dəyişirsənsə, oyunçular bundan narazı qalacaq. Məncə, bu, gec-tez öz mənfi nəticəsini göstərəcək. Əgər komanda daim qalib gəlirsə, buna heç kim irad tutmaz. Amma nəticə yoxdursa, suallar verilməlidir”.

Runi bu fikirləri səsləndirdikdən sonra Enso Mareska onun tənqidlərinə cavab verib. “Mirror”a danışan italiyalı mütəxəssis bildirib:
“Dəfələrlə demişəm ki, elə bir dövrdə yaşayırıq ki, hər kəs istədiyini deyə bilər. Buna hörmətlə yanaşıram, amma “Qarabağ”la oyundan sonra da demişdim – mən kluba gəldiyim gündən futbolçular arasında rotasiyanın vacibliyini düşünürəm və bu, nəticəyə təsir etməyib”.

Mareska gənc futbolçulara meydanda daha çox şans verilməsinin vacibliyini də vurğulayıb:
“Fikrimcə, əgər heyətdə rotasiyada iştirak edənlər Braziliya millisinin üzvü Andre Santos, Niderland yığmasının oyunçusu Yorrel Hato və yenə Braziliya millisindən Estavao kimilərdirsə, burada problem rotasiyada deyil. Onlar istedadlı, gənc və keyfiyyətli futbolçulardır. Əlbəttə, gənclərə səhv etmək imkanı vermək lazımdır ki, daha yaxşı oyunçuya çevrilsinlər”.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR