son dəqiqə SON DƏQİQƏ
Triatlonçumuzdan Minskdə qızıl medal Dünya Çempionatında ilk rəqiblər müəyyənləşib Portuqaliya millisinin üzvü “Qalatasaray”a keçir? “Sumqayıt”da şok itki Kanoeçimiz Avropa çempionatının gümüş medalını qazandı Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib Mahir Emreli Polşa Çempionatında ilk oyununa çıxıb Avropa Cüdo Ümidləri Turniri yekunlaşıb İdmançılarımız Avropa Çempionatında iştirak edəcəklər Milli komanda üzvləri üçün antidopinq seminarları keçirib Diomande üçün 100 milyonluq təklif Avropa Cüdo Ümidləri Turnirində 14 yaşlıların mübarizəsi başa çatdı "Heyətimizi kompleksləşdirməyə çalışırıq" "Xankəndi" "Karvan-Yevlax"dan ayrılan futbolçunu transfer etdi Millimiz İslandiyaya məğlub oldu İtaliya nəhəngi Fernandeşlə maraqlanır Nəriman Axundzadə oynamadı, komandası qələbə qazandı Federasiya və “Sülh naminə güləş” təşkilatı arasında memorandum imzalanıb Premyer Liqa klublarının yay transferləri "Sumqayıt" "Kəpəz"lə qarşılaşır AGİN-in 32 yaşı olur Günün oyunları: "Sabah"ın rəqibindən inamlı qələbə "Gənclərə özlərini göstərmək şansı yaratdıq" - "Qəbələ"nin baş məşqçisi “Bavariya”da iki ayrılıq Avropa Cüdo Ümidləri Turniri: İlk yarış günü başa çatıb Azərbaycan karateçiləri dünya çempionatında 4 medal qazandı Argentinalı futbolçu ölkəsinə qayıtdı

33 ildə 400-cü dəfə

Bölmə adı Premyer Liqa
Yayımlandı 31-03-2025, 11:50

Misli Premyer Liqasının XXVIII turunun son matçında “Zirə” “Şamaxı”nı 3:0 hesabı ilə məğlub edib.

Sport1.az xəbər verir ki, bu nəticə Azərbaycan çempionatları tarixində 400-cü dəfə qeydə alınıb.

Turnirdə ilk 3:0-a 1992-ci il mayın 3-də təsadüf olunub. Həmin gün “Pambıqçı” (Bərdə) “Şirvan”a (Kürdəmir) 3 cavabsız qolla qalib gəlib. Çempionatın 33 illik tarixində 3:0 hesabı ilə ən çox qələbə qazanan komanda “Qarabağ”dır – 65 dəfə. “Neftçi” 41, “Kəpəz” 31 dəfə üç cavabsız qola sevinib.

Gəncə təmsilçisi həm də hamıdan çox – 27 dəfə 0:3-ə üzülüb. MOİK 25, “Qəbələ” 22 dəfə belə məğlubiyyət alıb.

Qeyd edək ki, “Zirə” və “Şamaxı” üçün bu nəticə 12-ci olub. Bakı klubu bu hesabla 12-ci qələbəsini qazanıbsa, qonaqlar 12-ci dəfə üç cavabsız qolla uduzublar.

Müəllif: Sport1.az