son dəqiqə SON DƏQİQƏ
Portuqaliya millisinin üzvü “Qalatasaray”a keçir? “Sumqayıt”da şok itki Kanoeçimiz Avropa çempionatının gümüş medalını qazandı Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib Mahir Emreli Polşa Çempionatında ilk oyununa çıxıb Avropa Cüdo Ümidləri Turniri yekunlaşıb İdmançılarımız Avropa Çempionatında iştirak edəcəklər Milli komanda üzvləri üçün antidopinq seminarları keçirib Diomande üçün 100 milyonluq təklif Avropa Cüdo Ümidləri Turnirində 14 yaşlıların mübarizəsi başa çatdı "Heyətimizi kompleksləşdirməyə çalışırıq" "Xankəndi" "Karvan-Yevlax"dan ayrılan futbolçunu transfer etdi Millimiz İslandiyaya məğlub oldu İtaliya nəhəngi Fernandeşlə maraqlanır Nəriman Axundzadə oynamadı, komandası qələbə qazandı Federasiya və “Sülh naminə güləş” təşkilatı arasında memorandum imzalanıb Premyer Liqa klublarının yay transferləri "Sumqayıt" "Kəpəz"lə qarşılaşır AGİN-in 32 yaşı olur Günün oyunları: "Sabah"ın rəqibindən inamlı qələbə "Gənclərə özlərini göstərmək şansı yaratdıq" - "Qəbələ"nin baş məşqçisi “Bavariya”da iki ayrılıq Avropa Cüdo Ümidləri Turniri: İlk yarış günü başa çatıb Azərbaycan karateçiləri dünya çempionatında 4 medal qazandı Argentinalı futbolçu ölkəsinə qayıtdı ÇL: “Neftçi” mübarizəni dayandırdı Niderland millisinin üzvü “Əl-Hilal”da

"Gənclərə özlərini göstərmək şansı yaratdıq" - "Qəbələ"nin baş məşqçisi

Bölmə adı Qəbələ
Yayımlandı Bu gün, 09:00

Yeni mövsümün hazırlığını davam etdirən "Qəbələ" yoxlama oyununda qüvvəsini sınayıb.

Sport1.az xəbər verir ki, Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv "Şəfa" ilə üz-üzə gəlib. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Oyundan sonra Sxadadze matç haqda fikirlərini bölüşüb:

"Komandaya yeni futbolçular cəlb olunub və onların adaptasiyası üçün bir qədər vaxt lazımdır. Yeni transferlərimizdən Meşak ilk oyununa çıxdı. Düşünürəm ki, onun potensialı böyükdür. Keyfiyyətli futbolçudur və inanıram ki, bizə çox köməyi dəyəcək. Hazırda komandanı yaratmaq mərhələsindəyik. Bəzi yeni oyunçuların yolunu gözləyirik. Ən vacibi odur ki, hamı səylə çalışır. Məqsədimiz transferləri tez bitirib komandanı formalaşdırmaqdır. Yeni gələnlər oyun üslubumuza öyrəşməlidirlər.

İkinci hissədə 9 nəfəri əvəzlədik. Gənclərə özlərini göstərmək imkanı yaratdıq. Bəziləri özlərini yaxşı tərəfdən göstərdilər, bəziləri isə təəssüf ki, hələ Premyer Liqa səviyyəsinə hazır deyillər. Amma işləyirlər və məşqlərə ciddi yanaşırlar".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR