son dəqiqə SON DƏQİQƏ
Triatlonçumuzdan Minskdə qızıl medal Dünya Çempionatında ilk rəqiblər müəyyənləşib Portuqaliya millisinin üzvü “Qalatasaray”a keçir? “Sumqayıt”da şok itki Kanoeçimiz Avropa çempionatının gümüş medalını qazandı Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib Mahir Emreli Polşa Çempionatında ilk oyununa çıxıb Avropa Cüdo Ümidləri Turniri yekunlaşıb İdmançılarımız Avropa Çempionatında iştirak edəcəklər Milli komanda üzvləri üçün antidopinq seminarları keçirib Diomande üçün 100 milyonluq təklif Avropa Cüdo Ümidləri Turnirində 14 yaşlıların mübarizəsi başa çatdı "Heyətimizi kompleksləşdirməyə çalışırıq" "Xankəndi" "Karvan-Yevlax"dan ayrılan futbolçunu transfer etdi Millimiz İslandiyaya məğlub oldu İtaliya nəhəngi Fernandeşlə maraqlanır Nəriman Axundzadə oynamadı, komandası qələbə qazandı Federasiya və “Sülh naminə güləş” təşkilatı arasında memorandum imzalanıb Premyer Liqa klublarının yay transferləri "Sumqayıt" "Kəpəz"lə qarşılaşır AGİN-in 32 yaşı olur Günün oyunları: "Sabah"ın rəqibindən inamlı qələbə "Gənclərə özlərini göstərmək şansı yaratdıq" - "Qəbələ"nin baş məşqçisi “Bavariya”da iki ayrılıq Avropa Cüdo Ümidləri Turniri: İlk yarış günü başa çatıb Azərbaycan karateçiləri dünya çempionatında 4 medal qazandı Argentinalı futbolçu ölkəsinə qayıtdı

"Lənkəran" rəsmisi hədəflərini AÇIQLADI

Bölmə adı Region Liqası
Yayımlandı 31-10-2025, 18:40

Futbol üzrə Region Liqasında II tura yekun vuruldu.

Sport1.az xəbər verir ki, çempionata uğurlu başlayan klublardan biri də “Lənkəran”dır. Cənub təmsilçisi son iki oyunda “Ərkivan” (6:1) və “Naxçıvan” (8:0) üzərində böyük hesablı qələbələrə sevinib. Komandanın mövsümdəki hədəfləri ilə bağlı vitse-prezident Emin Fərzullayevdən açıqlama aldıq:

“3 ildir ki, komanda olaraq fəaliyyət göstəririk. İlk ilimizdə uğurlu çıxış etdik və ¼ final mərhələsinə qədər irəlilədik. Ötən mövsümdə isə uğursuz çıxış etdik. Bu il qarşımıza maksimum irəli getmək məqsədini qoymuşuq. Cənub bölgəsində futbolu ölməyə qoymayacağıq. Gənclərimizin idmanın bu növündə uğur əldə etməsini istəyirik.

Bu regionda futbol həmişə olub, bundan sonra da olacaq. Gələcəyinin ulduzlarının yetişməsi və Lənkəranda futbolun dirçəlməsi naminə əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

MİRZƏ S.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR