Futbol üzrə Avropanın ən yüksək yaş ortalamasına sahib olan liqaları bəlli olub.Sport1.az xəbər verir ki, siyahıya 27.45 yaş ortalaması ilə İspaniya II La Liqası başçılıq edir.
İkinci sırada Yunanıstan Premyer Liqası (27.40), üçdə isə İspaniyanın La Liqası (27.36) qərarlaşıb.
4-cü yerdə isə Azərbaycan çempionatı yerləşir. Premyer Liqamız 26.99 yaş ortalaması ilə Avropanın "ən qoca" 4-cü çempionatıdır.
Ən gənc liqa isə Latviya Virsliqasıdır. Burada yaş ortalaması 23.02-ə bərabərdir.