“Arsenal”ın yarımmüdafiəçisi Martin Odeqard zədələnib.
Sport1.az xəbər verir ki, London klubunun rəsmi saytına görə, norveçli futbolçu Premyer Liqanın 7-ci turunda “Vest Hem” üzərində 2:0 hesablı qələbə qazandıqları oyunda sol dizinin orta bağ bağından zədə alıb. O, beynəlxalq fasilə dönəmində “Arsenal”ın təlim-məşq mərkəzində müayinə və müalicədən keçəcək. Məqsəd futbolçunun mümkün qədər tez yaşıl meydanlara qayıtmasıdır.
Ödeqard Norveç yığmasının İsrail (11 oktyabr) və Yeni Zelandiya (14 oktyabr) ilə oyunlarını buraxacaq. Onun qayıdış tarixi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Ödeqard bu mövsüm “Arsenal”ın heyətində bütün yarışlarda 7 oyuna çıxaraq 2 məhsuldar ötürmə ilə yadda qalıb.