"Liverpul" niderlandlı yarımmüdafiəçisi Ryan Qravenberxin müqaviləsini yeniləmək istəyir.Sport1.az xəbər verir ki, mersisaydlılar 23 yaşlı yarımmüdafiəçinin müqaviləsini yeniləmək üçün danışıqlara başlayacaq.
Klub rəhbərliyi futbolçunun komandadakı yerini möhkəmləndirmək üçün onun maliyyə şərtlərini yaxşılaşdırmaq istəyir.
Qeyd edək ki, futbolçunun hazırkı müqaviləsi 2028-ci ildə başa çatır.