son dəqiqə SON DƏQİQƏ

"Mançester Yunayted"in futbolçusu qışda komandanı tərk edə bilər

Bölmə adı İngiltərə
Yayımlandı 24-09-2025, 23:32

"Mançester Yunayted" Kobi Mayno ilə yolları ayıra bilər.

Sport1.az xəbər verir ki, "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Ruben Amorim tərəfindən yetərincə oyun vaxtı almadığı üçün komandanı tərk etmək istəyir.

18 yaşlı futbolçu növbəti "transfer pəncərəsi"ndə icarə əsasında daha çox dəqiqə alacağı kluba keçmək niyyətindədir.

İngiltərəli oyunçu mövsümün ikinci yarısında özünü göstərərək qarşıdan Dünya Çempionatında iştirak etmək istəyir.

Qeyd edək ki, Kobi Mayno "Mançester Yunayted"in yetirməsidir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR