"Fənərbağça"nın müdafiəçisi Nelson Semedonun durumuna aydınlıq gəlib.Sport1.az xəbər verir ki, portuqaliyalı futbolçu UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Benfika" ilə cavab matçında (0:1) sıradan çıxıb.
Semedonun qasıq nahiyəsində zədə aşkarlanıb. 31 yaşlı sağ cinah müdafiəçisi 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Fənərbağça" Nelson Semedonu ötən ay "Vulverhempton"dan transfer edib. Portuqaliya millisinin üzvü İstanbul təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.