Hər iki Premyer Liqa klubu 60 milyon avro ödəməyə hazırdır - "topçular"a daha yaxındır

Bölmə adı İngiltərə
Yayımlandı 21-08-2025, 12:31

"Arsenal" "Kristal Pelas" klubuna Ebereçi Ezenin transferi üçün təklif göndərməyi planlaşdırır.

Sport1.az xəbər verir ki, BBC-nin məlumatına görə, London klubu qanad oyunçusu üçün təxminən 60 milyon funt təklif etməyə hazırdır. Daha əvvəl oxşar məbləği "Tottenhem" klubunun da razılaşdırdığı bildirilib.

Qeyd edək ki, 2024/25 mövsümündə Eze Premyer Liqada 34 oyun keçirib, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR