"Milan"ın futbolçusu Premyer Liqa klubuna keçir

Bölmə adı İngiltərə
Yayımlandı 19-08-2025, 13:54

"Milan"ın futbolçusu Noa Okafor karyerasını İngiltərədə davam etdirəcək.

Sport1.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

"Lids" isveçrəli vingerin keçidini həll edib. O, "Lids"lə 4+1 illik müqavilə imzalayacaq. Premyer Liqa təmsilçisi Okafor üçün "Milan"a 21 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Noa Okafor ötən mövsümün ikinci yarısında icarə əsasında "Napoli"də çıxış edib.

Müəllif: Sport1.az