son dəqiqə SON DƏQİQƏ
Triatlonçumuzdan Minskdə qızıl medal Dünya Çempionatında ilk rəqiblər müəyyənləşib Portuqaliya millisinin üzvü “Qalatasaray”a keçir? “Sumqayıt”da şok itki Kanoeçimiz Avropa çempionatının gümüş medalını qazandı Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib Mahir Emreli Polşa Çempionatında ilk oyununa çıxıb Avropa Cüdo Ümidləri Turniri yekunlaşıb İdmançılarımız Avropa Çempionatında iştirak edəcəklər Milli komanda üzvləri üçün antidopinq seminarları keçirib Diomande üçün 100 milyonluq təklif Avropa Cüdo Ümidləri Turnirində 14 yaşlıların mübarizəsi başa çatdı "Heyətimizi kompleksləşdirməyə çalışırıq" "Xankəndi" "Karvan-Yevlax"dan ayrılan futbolçunu transfer etdi Millimiz İslandiyaya məğlub oldu İtaliya nəhəngi Fernandeşlə maraqlanır Nəriman Axundzadə oynamadı, komandası qələbə qazandı Federasiya və “Sülh naminə güləş” təşkilatı arasında memorandum imzalanıb Premyer Liqa klublarının yay transferləri "Sumqayıt" "Kəpəz"lə qarşılaşır AGİN-in 32 yaşı olur Günün oyunları: "Sabah"ın rəqibindən inamlı qələbə "Gənclərə özlərini göstərmək şansı yaratdıq" - "Qəbələ"nin baş məşqçisi “Bavariya”da iki ayrılıq Avropa Cüdo Ümidləri Turniri: İlk yarış günü başa çatıb Azərbaycan karateçiləri dünya çempionatında 4 medal qazandı Argentinalı futbolçu ölkəsinə qayıtdı

Baş məşqçidən etiraf: "Səbətə düşə bilmirik"

Bölmə adı ABL
Yayımlandı 8-03-2025, 19:51

Azərbaycan Basketbol Liqasının XVII turunda "Quba" "Şəki"yə uduzub - 63:66.

Sport1.az xəbər verir ki, şimal təmsilçisinin baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə görüşlə bağlı açıqlama verib:

"Fakt odur ki, səbətə düşə bilmirik. Rəqibi saxlaya bilsək də, atışlarımız uğurlu deyildi. Ən azından 70 xal toplamalıydıq ki, qalib gələk. Əcnəbi oyunçularımızın səviyyəsi belədir. Nəticəyə də təsirini göstərir. Məşqlərdə işləyirik. Müdafiədə də pis deyilik, yaxşı da oynayırıq. Amma atışlarımız uğurlu olmur. Bu da oyunçu keyfiyyəti ilə bağlıdır. Legionerlərdən bircə Kameron Consu fərqləndirmək olar. Son aylarda müdafiə planında çox işlədik, oyunda da təsirini yaxşı mənada gördük. Lakin xal atmaq lazımdır, onu da yaxşı edə bilmədik. Oyunu udmaq üçün təkcə yaxşı müdafiə olunmaq bəs etmir. Səviyyə budur, artığını tələb edə bilmərik. Rəqibimizi də qələbə münasibətilə təbrik edirəm. Qarşıda "Sumqayıt", "Lənkəran"a qarşı oyunlarımız var. Yəqin ki, o matçlarda qalib gələrik".

Müəllif: Sport1.az