Avarçəkmə və kanoe üzrə açıq Bakı Çempionatı keçiriləcək.
Sport1.az xəbər verir ki, yarış Bakı bulvarında, Su İdman Növləri Federasiyasının qarşısında ("Suraxanı" gəmi-muzeyinin yaxınlığında) baş tutacaq.
İyulun 28-də baş tutacaq çempionatda paytaxt Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən mübarizə aparacaq.
İştirakçılar akademik avarçəkmə və kanoe növlərində birnəfərlik qayıqlarda, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafəyə yarışacaqlar.
Bundan başqa, iştirakçılar ilk dəfə olaraq qarışıq növdə də (mix) mübarizə aparacaqlar.