son dəqiqə SON DƏQİQƏ
Triatlonçumuzdan Minskdə qızıl medal Dünya Çempionatında ilk rəqiblər müəyyənləşib Portuqaliya millisinin üzvü “Qalatasaray”a keçir? “Sumqayıt”da şok itki Kanoeçimiz Avropa çempionatının gümüş medalını qazandı Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib Mahir Emreli Polşa Çempionatında ilk oyununa çıxıb Avropa Cüdo Ümidləri Turniri yekunlaşıb İdmançılarımız Avropa Çempionatında iştirak edəcəklər Milli komanda üzvləri üçün antidopinq seminarları keçirib Diomande üçün 100 milyonluq təklif Avropa Cüdo Ümidləri Turnirində 14 yaşlıların mübarizəsi başa çatdı "Heyətimizi kompleksləşdirməyə çalışırıq" "Xankəndi" "Karvan-Yevlax"dan ayrılan futbolçunu transfer etdi Millimiz İslandiyaya məğlub oldu İtaliya nəhəngi Fernandeşlə maraqlanır Nəriman Axundzadə oynamadı, komandası qələbə qazandı Federasiya və “Sülh naminə güləş” təşkilatı arasında memorandum imzalanıb Premyer Liqa klublarının yay transferləri "Sumqayıt" "Kəpəz"lə qarşılaşır AGİN-in 32 yaşı olur Günün oyunları: "Sabah"ın rəqibindən inamlı qələbə "Gənclərə özlərini göstərmək şansı yaratdıq" - "Qəbələ"nin baş məşqçisi “Bavariya”da iki ayrılıq Avropa Cüdo Ümidləri Turniri: İlk yarış günü başa çatıb Azərbaycan karateçiləri dünya çempionatında 4 medal qazandı Argentinalı futbolçu ölkəsinə qayıtdı

İkiqat Olimpiya çempionu vəfat edib

Bölmə adı Avarçəkmə
Yayımlandı 21-07-2026, 23:33

Akademik avarçəkmə üzrə ikiqat Olimpiya çempionu Olaf Tufte vəfat edib.

Sport1.az xəbər verir ki, norveçli idmançı 50 yaşında dünyasını dəyişib.

Məlumata görə, Tufte iyulun 20-də öz fermasında huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn həkimlər onu tibbi helikopterlə Oslo xəstəxanasına çatdırsalar da, idmançının həyatını xilas etmək mümkün olmayıb. Həkimlər onun ölümünü iyulun 21-də rəsmən təsdiqləyiblər.

Olaf Tufte akademik avarçəkmənin təkatlı qayıq növündə 2004-cü il Afina və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb. O, həmçinin dünya çempionatlarının ikiqat qalibi olub.

Qeyd edək ki, Tufte 1996-cı ildə Atlantadan başlayaraq 2020-ci il Tokio Olimpiadasınadək ardıcıl yeddi Yay Olimpiya Oyununda iştirak edən ilk norveçli idmançı kimi tarixə düşüb. O, son Olimpiya yarışına 45 yaşında çıxmışdı.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR