son dəqiqə SON DƏQİQƏ
Triatlonçumuzdan Minskdə qızıl medal Dünya Çempionatında ilk rəqiblər müəyyənləşib Portuqaliya millisinin üzvü “Qalatasaray”a keçir? “Sumqayıt”da şok itki Kanoeçimiz Avropa çempionatının gümüş medalını qazandı Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib Mahir Emreli Polşa Çempionatında ilk oyununa çıxıb Avropa Cüdo Ümidləri Turniri yekunlaşıb İdmançılarımız Avropa Çempionatında iştirak edəcəklər Milli komanda üzvləri üçün antidopinq seminarları keçirib Diomande üçün 100 milyonluq təklif Avropa Cüdo Ümidləri Turnirində 14 yaşlıların mübarizəsi başa çatdı "Heyətimizi kompleksləşdirməyə çalışırıq" "Xankəndi" "Karvan-Yevlax"dan ayrılan futbolçunu transfer etdi Millimiz İslandiyaya məğlub oldu İtaliya nəhəngi Fernandeşlə maraqlanır Nəriman Axundzadə oynamadı, komandası qələbə qazandı Federasiya və “Sülh naminə güləş” təşkilatı arasında memorandum imzalanıb Premyer Liqa klublarının yay transferləri "Sumqayıt" "Kəpəz"lə qarşılaşır AGİN-in 32 yaşı olur Günün oyunları: "Sabah"ın rəqibindən inamlı qələbə "Gənclərə özlərini göstərmək şansı yaratdıq" - "Qəbələ"nin baş məşqçisi “Bavariya”da iki ayrılıq Avropa Cüdo Ümidləri Turniri: İlk yarış günü başa çatıb Azərbaycan karateçiləri dünya çempionatında 4 medal qazandı Argentinalı futbolçu ölkəsinə qayıtdı

"Neftçi" yeni formasını təqdim etdi

Bölmə adı Neftçi / Foto
Yayımlandı 19-07-2026, 19:13

“Kappa” tərəfindən “Neftçi” üçün eksklüziv olaraq hazırlanan, 2026/27 mövsümünün üçüncü oyun dəsti “Bakı” adlanır.

Sport1.az xəbər verir ki, bu forma klubumuzun doğulduğu şəhərə ithaf olunub və Bakının memarlıq irsi ilə “Neftçi”nin zəngin tarixini özündə birləşdirən xüsusi dizaynı ilə seçilir.

Bakı günəşi kimi sarı rəngli formanın ön tərəfində şəhərimizin ən tanınmış simvollarından olan Qız qalası ilə klubumuzun tarixi və adının ayrılmaz hissəsinə çevrilmiş neft buruğunun təsvirləri əsasında xüsusi ornament hazırlanıb. Bu elementlər Bakının keçmişi ilə “Neftçi”nin irsini vahid dizaynda birləşdirərək formaya özünəməxsus tərz qazandırır.

Formanın boyun hissəsində yer alan “Bakı – Neftçidir” yazısı isə klubumuzla şəhərimiz arasında onilliklər ərzində formalaşmış ayrılmaz bağı simvolizə edir. Bu ifadə nəsillər boyu davam edən ənənəni, mənsubiyyəti və “Neftçi”nin Bakı futbolundakı yerini vurğulayır.Müasir dizaynı, eksklüziv ornamenti və dərin simvolik məzmunu ilə “Bakı” forması “Neftçi”nin köklərinə ehtiramın, doğma şəhərimizə sevginin və bu şəhərlə bölüşdüyü ortaq tarixə sədaqətin təcəssümüdür.


Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR