"Zirə"dən gedən Ayron Qomis karyerasını Fransada davam etdirəcək.
Sport1.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Trua" ilə müqavilə imzalayıb.
Qomis 2028-ci ilin iyuluna qədər Liqa 1 təmsilçisinə məxsus olacaq.
O, başa çatan mövsüm "qartallar"ın heyətində ümumilikdə 35 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.