son dəqiqə SON DƏQİQƏ
Triatlonçumuzdan Minskdə qızıl medal Dünya Çempionatında ilk rəqiblər müəyyənləşib Portuqaliya millisinin üzvü “Qalatasaray”a keçir? “Sumqayıt”da şok itki Kanoeçimiz Avropa çempionatının gümüş medalını qazandı Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib Mahir Emreli Polşa Çempionatında ilk oyununa çıxıb Avropa Cüdo Ümidləri Turniri yekunlaşıb İdmançılarımız Avropa Çempionatında iştirak edəcəklər Milli komanda üzvləri üçün antidopinq seminarları keçirib Diomande üçün 100 milyonluq təklif Avropa Cüdo Ümidləri Turnirində 14 yaşlıların mübarizəsi başa çatdı "Heyətimizi kompleksləşdirməyə çalışırıq" "Xankəndi" "Karvan-Yevlax"dan ayrılan futbolçunu transfer etdi Millimiz İslandiyaya məğlub oldu İtaliya nəhəngi Fernandeşlə maraqlanır Nəriman Axundzadə oynamadı, komandası qələbə qazandı Federasiya və “Sülh naminə güləş” təşkilatı arasında memorandum imzalanıb Premyer Liqa klublarının yay transferləri "Sumqayıt" "Kəpəz"lə qarşılaşır AGİN-in 32 yaşı olur Günün oyunları: "Sabah"ın rəqibindən inamlı qələbə "Gənclərə özlərini göstərmək şansı yaratdıq" - "Qəbələ"nin baş məşqçisi “Bavariya”da iki ayrılıq Avropa Cüdo Ümidləri Turniri: İlk yarış günü başa çatıb Azərbaycan karateçiləri dünya çempionatında 4 medal qazandı Argentinalı futbolçu ölkəsinə qayıtdı

Azərbaycan avarçəkənləri Gürcüstanda 17 medal qazandı

Bölmə adı Avarçəkmə
Yayımlandı 13-07-2026, 10:57

Gürcüstanın Poti şəhərində keçirilən akademik avarçəkmə və kanoe üzrə beynəlxalq reqatada komandamız uğurlu nəticə qazanıb.

Sport1.az xəbər verir ki, kayak yarışlarında İvan Vorobjanski 200, 500 və 1000 metr məsafələrdə birnəfərlik qayıqda üç qızıl medal qazanıb.

Qiyas Əhmədov və Tengiz Qaqnidze 200 və 500 metr məsafələrdə iki nəfərlik kayak qayığında bütün rəqiblərini qabaqlayıb.

Qiyas Əhmədov 200 metr məsafədə birnəfərlik yarışda gümüş, Tengiz Qaqnidze isə 500 metr məsafədə gümüş medala sahib olub.

Elmir Tərverdiyev və Mustafa Vəlizadə həm 500, həm də 1000 metr məsafədə iki nəfərlik kayakda qızıl medala layiq görülüb.

Kanoedə Fəxri Sadıqlı və Vaqif Mustafazadə 200 və 500 metr məsafədə iki nəfərlik qayıqda iki gümüş medal əldə edib.

Fəxri Sadıqlı 200 metr məsafədə birnəfərlik kanoedə ikinci, Vaqif Mustafazadə isə üçüncü olub.

Vaqif Mustafazadə 1000 metr məsafədə də finişi üçüncü sırada keçib.

Akademik avarçəkmə yarışlarında isə Azərbaycan idmançıları bütün çıxışlarını qələbə ilə başa vurublar.

Sabit Abdullayev (2008–2009), Məhəmməd Həsənov (2010-2011) birnəfərlik qayıqda 1500 metr məsafədə qızıl medal qazanıblar.

İsabala Dadaşzadə və İsmayıl Şirinov tandemi isə iki nəfərlik qayıqda 1500 metr məsafədə birinci yeri tutub.

Yekun nəticədə 10 qızıl, 5 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 17 medal qazanan komandamız turniri ikinci pillədə tamamlayıb.

Müəllif: Rovsen