son dəqiqə SON DƏQİQƏ
Millimizin üzvü: "Bəzi məqamlarda qəbulda çətinliklər yaşadıq, lakin..." "Gəncə"də iki yeni müqavilə Avropa Çempionatı: Bu gün C qrupunun daha iki oyunu keçiriləcək Çempionlar Liqası: Pley-offun cavab oyunlarına start verilir - Günün oyunları: "Sabah" pley-off mərhələsinin cavab qarşılaşmasına çıxacaq - Premyer Liqa klublarının yay transferləri Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq” “Səbail” toplanışı qalib başa vurdu MPL: III turun oyun cədvəli açıqlanıb “Hapoel”in qapıçısı: “Tamamilə bu oyuna köklənmişik” “Hapoel”in baş məşqçisi: “ Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” I Liqa klubundan yeni transfer Bakıda SUP üzrə turnir keçirilib Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb

Karvahal "Real"dan gedir

Bölmə adı Futbol
Yayımlandı 18-05-2026, 16:56

Madrid “Real”ı kapitanı Dani Karvahalın mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.



Sport1.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.



“Real” bəyanatında 34 yaşlı müdafiəçiyə təşəkkür edib: “Real” klubumuzun və dünya futbolunun ən böyük əfsanələrindən birinə minnətdarlığını və sevgisini bildirir”.



Karvahal 2002-ci ildə, 10 yaşında Madrid klubunun akademiyasına qoşulub. İspaniyalı futbolçu əsas komandada isə 2013-cü ildən çıxış edirdi. O, “kral klubu” ilə ümumilikdə 27 titul qazanıb. Bunların sırasında 6 UEFA Çempionlar Liqası və 4 La Liqa çempionluğu da var.



Təcrübəli müdafiəçi “Real”ın heyətində bütün turnirlərdə 450 oyuna çıxıb, 14 qol vurub və 65 məhsuldar ötürmə edib.



Qeyd edək ki, Karvahalın Madrid təmsilçisi ilə müqaviləsi 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR