
"Sumqayıt" bir futbolçusu ilə yolları ayırmaq niyyətindədir.
Sport1.az-a daxil olan məlumata görə, "kimyaçılar" Mehdi Cənnətovla vidalaşmaq istəyir.
"Gənclik şəhəri" təmsilçisi qapıçının mövsümün sonu bitəcək müqaviləsini yeniləməyəcək.
Qeyd edək ki, Mehdi Cənnətov 2023-cü ildən "Sumqayıt"da çıxış edir. 34 yaşlı qapıçı bu mövsüm "göyərçinlər"in heyətində 21 matçda meydana çıxıb. O, bu görüşlərdə ümumilikdə 31 qol buraxıb. 6 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.
ZEYNƏB ŞAHMAROVA