son dəqiqə SON DƏQİQƏ
Sabiq "Neftçi"li 40 yaşında bu klubla müqavilə imzalayıb "Xankəndi"dən "Marafona"a Bütün futbolçularla yolları ayıran "Şəmkir"dən ilk transfer - "Qarabağ" məlumat yayıb: Pley-off matçının startına 1 saat qalmış... Bu ölkələrin azarkeşləri Bakıya gəlir - ÇL: "Sabah"ın matçı penaltilər seriyasına qədər davam etsə... Millimizin üzvü: "Bəzi məqamlarda qəbulda çətinliklər yaşadıq, lakin..." "Gəncə"də iki yeni müqavilə Avropa Çempionatı: Bu gün C qrupunun daha iki oyunu keçiriləcək Çempionlar Liqası: Pley-offun cavab oyunlarına start verilir - Günün oyunları: "Sabah" pley-off mərhələsinin cavab qarşılaşmasına çıxacaq - Premyer Liqa klublarının yay transferləri Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq” “Səbail” toplanışı qalib başa vurdu MPL: III turun oyun cədvəli açıqlanıb “Hapoel”in qapıçısı: “Tamamilə bu oyuna köklənmişik” “Hapoel”in baş məşqçisi: “ Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” I Liqa klubundan yeni transfer Bakıda SUP üzrə turnir keçirilib

"Əsas məqsədim Bakıda keçiriləcək mundialda qızıl medal qazanmaqdır"

Bölmə adı Futbol / Güləş
Yayımlandı 15-05-2026, 12:46

Avropa çempionu olduğum üçün çox sevinirəm.


Sport1.az xəbər verir ki, bu sözləri Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yeniyetmə güləşçisi Əli Cavadlı federasiyanın rəsmi saytına açıqlamasında deyib.


45 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarışa uğurlu başladığını bildirib: “İlk görüşdə Bolqarıstan təmsilçisini 8:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəldim. Növbəti mərhələdə Ermənistan idmançısı üzərində 7:1 hesablı qələbə qazandım. Yarımfinalda Gürcüstan güləşçisi ilə gərgin keçən qarşılaşmadan 7:6 hesabı ilə qalib ayrıldım. Finalda isə Rusiya təmsilçisini 9:1 hesabı ilə məğlub edərək Avropa çempionu oldum. Final görüşündə daha çox hücum üslubuna üstünlük verdim. Qarşılaşmanın ilk dəqiqələrindən təşəbbüsü ələ aldım və parterdə üstünlük qazanaraq qələbəyə nail oldum. Bu uğurumu şəxsi məşqçim Şamxal Ağamalıyevə və atama həsr edirəm. Əsas məqsədim Bakıda keçiriləcək dünya çempionatında da qızıl medal qazanmaqdır”.


Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycanın U-17 millisi Avropa çempionatını 6 medalla başa vurub.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR