16:56 12.05.2026 27

Hakimlər üçün maarifləndirici sessiya təşkil olunub

AFFA-nın Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən bölgə hakimləri üçün maarifləndirici sessiya təşkil olunub.


Sport1.az xəbər verir ki, sessiya zamanı Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi, eyni zamanda UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Naib Əsədov və şöbənin aparıcı mütəxəssisi Murad Məmmədli hakimlərə danışılmış oyun anlayışı, oyun zamanı verilən adi hakim qərarları ilə qəsdən manipulyasiya edilmiş qərarlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun toxunulmazlığına və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat verib.


Təlimçilər hakimlərin oyun prosesində daşıdığı həlledici rol və bunun hər hansı kənar təsirdən qorunmasının vacibliyi barədə geniş təqdimatla çıxış ediblər. Bildirilib ki, danışılmış oyunlar kontekstində hakim qərarları ən həssas məqamlardan biri hesab olunur və bu səbəbdən hakimlərin peşəkar davranışı daim yüksək nəzarət və məsuliyyət tələb edir.


Sessiya çərçivəsində hakimlərin yalnız oyunu idarə edən tərəf deyil, eyni zamanda futbolun ədalət və dürüstlük prinsiplərinin əsas təminatçısı olduğu vurğulanıb. Bildirilib ki, obyektivlik, prinsipiallıq, qərəzsizlik və yüksək peşə etikası hakim fəaliyyətinin ayrılmaz hissəsidir və bu prinsiplərin qorunması futbolun etibarlılığı üçün həlledici əhəmiyyət daşıyır. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və hakimlərə mümkün təsir üsulları təqdimat vasitəsilə izah olunub.


Eyni zamanda, hakimlərin etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, bu cür halların vaxtında və düzgün şəkildə raport edilməsi zərurəti, eləcə də məlumatın gizlədilməsinin doğura biləcəyi ciddi nəticələr praktiki situasiyalar əsasında müzakirə olunub. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və hakimlərin ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.


Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri hakimlərin diqqətinə çatdırılıb, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu vurğulanıb, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim edilib.


Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və hakimlərin bu sahədə məsuliyyət və məlumatlılıq səviyyəsinin daha da artırılmasıdır.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

21:34

“Səbail”dən növbəti transfer - RƏSMİ

21:34

“Zirə” Türkiyə klubuna məğlub oldu

20:57

Cüdoçularımızdan Avropa Çempionatında daha iki medal

20:32

Braziliya millisinin üzvü Niderland klubunda

20:13

DÇ-2026: Fildişi Sahili - Norveç - HEYƏTLƏR

19:32

Fərid Qayıbov ”UFC Fight Night“da çıxış edən Azərbaycan idmançıları ilə görüşüb

19:15

“İnter”də üç ayrılıq - RƏSMİ

18:48

Bakıda "Təmiz idman uğrunda" forumu keçirilib

18:23

“Səbail”dən növbəti transfer - RƏSMİ

18:00

İtaliya nəhənginin istədiyi müdafiəçi

17:41

Bölgə təmsilçisindən "Səbail"ə

17:25

"Sabah"da ayrılıq - RƏSMİ

17:16

I və II Liqanın başlayacağı tarix

17:07

PSJ-də yeni müdafiəçi

16:49

İbrahimoviç Kumanı sərt tənqid etdi

16:27

"Neftçi" hazırlığın ikinci mərhələsinə start verdi

16:06

İtaliya klubunda ayrılıq

15:50

Millimizin futbolçuları məşqçiliyə başlayır

15:28

"Monako"nu İngiltərəyə dəyişirlər

15:05

"Bravo"dan "Qəbələ"yə transfer - RƏSMİ

14:48

Millilərimiz EEVZA çempionatında

14:30

Asim Xudiyevə UEFA-dan təyinat

14:04

Braziliyalı oyunçu Gəncə klubunda - RƏSMİ

13:50

Ölkədə istirahət günü elan edildi

13:29

Azərbaycanda şəhərin iki klubu birləşdirildi

13:03

Naqelsman: "İstefa vermirəm"

12:49

15 milyon avroluq tələb

12:32

Millidə 100-cü oyun

12:02

Harri Keyn gələcəyinə aydınlıq gətirdi

11:50

“Sabah”ı ruslara dəyişir

11:29

Bakıdakı turnirdə 11 minədək azarkeş

11:01

"Zirə"nin Türkiyədə növbəti sınağı

10:49

Serb futbolçu ilə bağlı son qərar

10:31

Niderland millisindən qeyri-adi statistika

10:06

“Neftçi” imtina etdi, “Kocaelispor”la anlaşdı

09:50

Azərbaycan millisinin hücumçusu Kosovo klubunda

09:29

Yurgen Klopp Almaniya millisində?

09:00

Braziliya 1/8 finalda, Almaniya və Niderland DÇ ilə vidalaşdı - YENİLƏNİR

00:25

Çimərlik güləşi üzrə ölkə çempionatı keçirilib

23:47

DÇ-2026: Almaniya - Paraqvay - HEYƏTLƏR

23:32

“Zirə” Türkiyə klubu ilə qarşılaşacaq

22:36

Haaland La Liqa klubuna keçmək istəmir

21:58

“Trabzonspor”dan “Zenit”ə

21:35

Cüdoçularımızdan Avropa Çempionatının ilk günündə 5 medal

20:43

DÇ-2026: Braziliya - Yaponiya - HEYƏTLƏR

20:35

Tennis üzrə Bakı Şəhər Birinciliyi başa çatıb

20:18

“Siti”nin sabiq futbolçusu karyerasını başa vurdu

19:54

Yaponiya millisində ciddi itki

19:33

Gimnastlarımızdan Dünya Kubokunda 2 qızıl medal

19:12

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi

18:56

İspaniya millisinin sabiq üzvü klub sahibi oldu

18:26

“Qarabağ”ın sabiq üzvü İtaliya klubunun hədəfində

18:26

İtaliya klubunun yeni baş məşqçisi müəyyənləşib

18:00

“Napoli” Premyer Liqa klublarına "yox" dedi

17:40

Levandovskinin karyerasında yeni mərhələ

17:40

Adil Şükürov Premyer Liqa klubunda - ÖZƏL

17:30

"Qəbələ"dən mövsümün ilk transferi - RƏSMİ

17:25

“Barselona”nın futbolçusu “Beşiktaş”ın hədəfində

17:21

“Mançester Siti”nin yeni baş məşqçisi bəlli olub

17:17

Kəmər dərəcələri üzrə növbəti imtahan

17:00

"İmişli" Kaşkilya ilə vidalaşdı - RƏSMİ

16:48

Pley-off öncəsi “qapı” həyəcanı

16:40

Uels millisinin üzvü Londondan “Lid”sə köçür

16:29

"Barselona"nın sabiq futbolçusu Türkiyə yolunda

15:50

56 illik rekord təkrarlandı

15:32

Afrikalı futbolçu PSJ-də

15:05

Millinin baş məşqçisi istefa verdi

14:49

Reşford təklifi rədd etdi

14:21

"Araz-Naxçıvan"ın hazırlıq planı

14:04

"Neftçi" ukraynalı ilə danışıqlara başladı