son dəqiqə SON DƏQİQƏ
Triatlonçumuzdan Minskdə qızıl medal Dünya Çempionatında ilk rəqiblər müəyyənləşib Portuqaliya millisinin üzvü “Qalatasaray”a keçir? “Sumqayıt”da şok itki Kanoeçimiz Avropa çempionatının gümüş medalını qazandı Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib Mahir Emreli Polşa Çempionatında ilk oyununa çıxıb Avropa Cüdo Ümidləri Turniri yekunlaşıb İdmançılarımız Avropa Çempionatında iştirak edəcəklər Milli komanda üzvləri üçün antidopinq seminarları keçirib Diomande üçün 100 milyonluq təklif Avropa Cüdo Ümidləri Turnirində 14 yaşlıların mübarizəsi başa çatdı "Heyətimizi kompleksləşdirməyə çalışırıq" "Xankəndi" "Karvan-Yevlax"dan ayrılan futbolçunu transfer etdi Millimiz İslandiyaya məğlub oldu İtaliya nəhəngi Fernandeşlə maraqlanır Nəriman Axundzadə oynamadı, komandası qələbə qazandı Federasiya və “Sülh naminə güləş” təşkilatı arasında memorandum imzalanıb Premyer Liqa klublarının yay transferləri "Sumqayıt" "Kəpəz"lə qarşılaşır AGİN-in 32 yaşı olur Günün oyunları: "Sabah"ın rəqibindən inamlı qələbə "Gənclərə özlərini göstərmək şansı yaratdıq" - "Qəbələ"nin baş məşqçisi “Bavariya”da iki ayrılıq Avropa Cüdo Ümidləri Turniri: İlk yarış günü başa çatıb Azərbaycan karateçiləri dünya çempionatında 4 medal qazandı Argentinalı futbolçu ölkəsinə qayıtdı

ABL: Mövsümə yekun vurulub

Bölmə adı Basketbol / ABL
Yayımlandı 31-03-2026, 20:57

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümə yekun vurulub.


Sport1.az xəbər verir ki, XX turun sonuncu oyununda "Sabah" "Abşeron Lions"la üz-üzə gəlib.


Bakı İdman Sarayında baş tutan qarşılaşmada sevinən tərəf "bayquşlar" olub. Oyun “Sabah”ın 105:72 hesablı qələbəsi ilə başa çatıb.


Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında "Sərhədçi" "Sumqayıt"ı (93:89), "Ordu" "Lənkəran"ı (107:65), "Naxçıvan" "Quba"nı (103:96), "Gəncə" "Şəki"ni (84:73), "Neftçi" NTD-ni (93:83) məğlub edib.


Qeyd edək ki, reqlamentə əsasən müntəzəm çempionatı "A" qrupunda ilk üç sırada bitirmiş "Sabah", "Abşeron Lions", "Neftçi" klubları və "B" qrupunun birincisi "Ordu" klubu birbaşa olaraq play-off'a (1/4 final) vəsiqəni təmin ediblər. 1/8 final mərhələsində isə, "Naxçıvan" - "Sərhədçi", "Gəncə" - "Lənkəran", "Quba" - "Şəki", "Sumqayıt" - NTD oyunları baş tutacaq. 1/8 final seriyalarında ən tez iki qələbə qazanmış komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Oyunlar aprel ayında start götürəcək.

Müəllif: Cahan