
“Korintians”ın üzvü Mateuzinyo karyerasını İngiltərədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, müdafiəçi ilə "Arsenal" yaxından maraqlanır. London təmsilçisi 25 yaşlı futbolçu üçün rəsmi təklif göndərib.
Qeyd edək ki, Mateuzinyo cari mövsümdə 13 oyunda iştirak edib və 1 qol vurub. Onun “Korintians”la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.