
Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə "Böyük Dəbilqə" turniri keçirilir.
Sport1.az xəbər verir ki, Azərbaycan təmsilçisi Ömər Rəcəbli (81 kq) yarışda finala vəsiqə qazanıb.
Bu gün həmçinin Kamran Süleymanov (73 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) da tatamiyə çıxıblar. Lakin onlar medal şanslarını itiriblər.
Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq. Ötən gün Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal qazanıb.