son dəqiqə SON DƏQİQƏ
Triatlonçumuzdan Minskdə qızıl medal Dünya Çempionatında ilk rəqiblər müəyyənləşib Portuqaliya millisinin üzvü “Qalatasaray”a keçir? “Sumqayıt”da şok itki Kanoeçimiz Avropa çempionatının gümüş medalını qazandı Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib Mahir Emreli Polşa Çempionatında ilk oyununa çıxıb Avropa Cüdo Ümidləri Turniri yekunlaşıb İdmançılarımız Avropa Çempionatında iştirak edəcəklər Milli komanda üzvləri üçün antidopinq seminarları keçirib Diomande üçün 100 milyonluq təklif Avropa Cüdo Ümidləri Turnirində 14 yaşlıların mübarizəsi başa çatdı "Heyətimizi kompleksləşdirməyə çalışırıq" "Xankəndi" "Karvan-Yevlax"dan ayrılan futbolçunu transfer etdi Millimiz İslandiyaya məğlub oldu İtaliya nəhəngi Fernandeşlə maraqlanır Nəriman Axundzadə oynamadı, komandası qələbə qazandı Federasiya və “Sülh naminə güləş” təşkilatı arasında memorandum imzalanıb Premyer Liqa klublarının yay transferləri "Sumqayıt" "Kəpəz"lə qarşılaşır AGİN-in 32 yaşı olur Günün oyunları: "Sabah"ın rəqibindən inamlı qələbə "Gənclərə özlərini göstərmək şansı yaratdıq" - "Qəbələ"nin baş məşqçisi “Bavariya”da iki ayrılıq Avropa Cüdo Ümidləri Turniri: İlk yarış günü başa çatıb Azərbaycan karateçiləri dünya çempionatında 4 medal qazandı Argentinalı futbolçu ölkəsinə qayıtdı

Azərbaycan birinciliyi keçirilib

Bölmə adı Avarçəkmə
Yayımlandı 27-02-2026, 23:48

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında Azərbaycan birinciliyi keçirilib.


Sport1.az xəbər verir ki, yarış fevralın 27-də “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin akademik, kayak və kanoe növlərində ilk dəfə olaraq handikap sistemi üzrə təşkil olunub.


Azərbaycan birinciliyində Bakı və Mingəçevirdən 2008-2013-cü il təvəllüdlü ümumilikdə 80 avarçəkən mübarizə aparıb. Reqlamentə əsasən iştirakçılar bir nəfərlik qayıqda akademik avarçəkmədə 3500 metr, kayak və kanoedə isə 2000 metr məsafə qət ediblər.


Qaliblər idmançıların fərdi vaxt göstəricilərinə əsasən müəyyənləşib. Mükafatçılar diplom və medallarla təltif ediliblər. Azərbaycan birinciliyində fərqlənən avarçəkənlər 28 aprel – 1 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunacaq “Prezident Kuboku-2026” beynəlxalq reqatasında iştirak edəcək komandanın heyətində yer alacaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR