
“Nyukasl” Bakıda “Qarabağ”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının pley-off oyunu üçün səfər azarkeşlərinə ayrılan biletlərin qiymətini açıqlayıb.
Sport1.az xəbər verir ki, İngiltərə klubunun rəsmi məlumatında biletlərin bütün yaş qrupları üçün 18 funt-sterlinq (təxminən 40 manat) olduğu qeyd olunub. Təhlükəsizlik tələblərinə görə 16 yaşdan aşağı şəxslər stadiona yalnız böyüklərin müşayiəti ilə buraxılacaqlar.
“Nyukasl” səfərin marşrutuna da diqqət çəkib. Eddi Haunun komandası Bakıya gəlmək üçün 2 529 mil (təxminən 4 070 km) yol qət edəcək və bu, klubun Çempionlar Liqası tarixində ən uzun səfərlərdən biri kimi göstərilir.
Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” qarşılaşması fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və oyun saat 21:45-də başlayacaq.