
"Göztepe"nin üzvü Juan Santos da Silva karyerasını Fransada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, braziliyalı ilə "Lill" yaxından maraqlanır. Liqa 1 təmsilçisi 23 yaşlı oyunçuya 15 milyon avro təklif edib. İzmir klubu keçidin baş tutmasına razılıq verməyib. "Sarı-qırmızılar" hücumçunun mövsümün sonuna kimi komandada qalmasını istəyir.
Qeyd edək ki, Juanın "Göztepe" ilə 2029-cu ilə qədər müqaviləsi var. Forvard bu mövsüm 19 qarşılaşmada 6 qol vurub, 4 məhsuldar ötürmə edib.