son dəqiqə SON DƏQİQƏ
"Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik" ● "Slaviya"nın baş məşqçisi Yindrix: ● "Sabah" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı ● Millimiz "Antalyaspor"u məğlub edib ● Çempionlar Liqası: "Qalatasaray" "Barselona" ilə üz-üzə ● FİBA Avropa Kuboku: "Gəncə" ilk ev matçında məğlub olub ● "Sabah" - "Slaviya": ● "Şəmkir" çətinliklə xal qazandı ● "Kür-Araz" darmadağın edildi ● "Marafon"dan "Ağdaş"a 5 qol ● Millimiz Qazaxıstana yollanıb ● Millimiz Dünya Çempionatından öncə təlim-məşq toplanışı keçirəcək ● II Liqa: "Dinamo" və "Marafon" darmadağınla qələbə qazandı ● "Xankəndi" klubunda yeni təyinat ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası uduzub ● Bölgə təmsilçisinin formasında problem çıxdı, klub cərimələndi ● AFFA I Liqa klublarını cərimələdi ● Azarkeşlər bölgə təmsilçisini ziyana saldı ● Bölgə klubunun formasında problem çıxdı, oyun gec başladı ● AFFA paltardəyişmə otağına ziyan vuran klubu cərimələdi ● Rəqib komandanın futbolçularını təhqir edənlər cəzalandırıldı ● AFFA "Araz-Naxçıvan"ı "Kəpəz"lə oyundan sonra cərimələdi ● PFL II Liqada ayın ən yaxşı qolunu seçdi ● Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçında iş başında olacaq ● U-23 Dünya Çempionatı: Azərbaycan millisi turnirə bərabərliklə başladı ● Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələ matçına təyinat alıb ● Günün oyunları: ● MPL: "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb ●

Azərbaycan çempionatının 1-ci dəstəsində qaliblər bəlli oldu

Bölmə adı Şahmat
Yayımlandı 15-01-2026, 18:28

Şahmat üzrə Azərbaycan çempionatının 1-ci dəstə yarışlarına yekun vurulub.


Sport1.az xəbər verir ki, Respublika Şahmat Mərkəzində təşkil olunan yarışın nəticələrinə əsasən, Azərbaycan çempionatına vəsiqə qazanan şahmatçılar müəyyənləşib.


36 şahmatçının iştirak etdiyi kişilərin turnirdə Ümid Aslanov 7 xal toplayaraq 1-ci dəstəni zirvədə başa vurub. Onunla yanaşı, Rəvan Əliyev, Fərid Orucov, Kənan Qarayev, Şəmsi Qaraxanov, Rəvan Uğuzov, Kənan İsbatov, Paşam Əlizadə, Suat İbrahimli ilk “doqquzluq”da yer almaqla Azərbaycan çempionatında iştirak hüququ əldə ediblər. Namiq Quliyevin çempionatda iştirakdan imtina etməsi səbəbindən 10-cu yerə çıxan Allahverdi Həmidov də çempionata buraxılacaq.


18 iştirakçının qatıldığı qadınların mübarizəsində isə 8 xal toplayan Lalə Hüseynov birinci olub. Onunla yanaşı, Zəhra Allahverdi Azərbaycan çempionatına vəsiqə qazanıb.


Yarışlar FIDE oyun qaydaları əsasında İsveçrə sistem üzrə 9 turdan ibarət olmaqla keçirilib. Yekun nəticədə I dəstədə kişilər arasında ilk 10, qadınlar arasında isə ilk 2 yerin sahibi Azərbaycan çempionatında iştirakını rəsmiləşdirib.


Ölkə çempionatı fevralın 6-22-si aralığında təşkil olunacaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR