“Aston Villa” belçikalı yarımmüdafiəçisi Yuri Tilemansla yeni müqavilə imzalamağı planlaşdırır.
Sport1.az xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi 28 yaşlı futbolçu ilə danışıqlar aparmağa hazırlaşır.
Tilemansın Birmingem təmsilçisi ilə mövcud müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədər nəzərdə tutulub. O, cari mövsümdə Premyer Liqada iştirak etdiyi 10 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.