son dəqiqə SON DƏQİQƏ
Triatlonçumuzdan Minskdə qızıl medal Dünya Çempionatında ilk rəqiblər müəyyənləşib Portuqaliya millisinin üzvü “Qalatasaray”a keçir? “Sumqayıt”da şok itki Kanoeçimiz Avropa çempionatının gümüş medalını qazandı Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib Mahir Emreli Polşa Çempionatında ilk oyununa çıxıb Avropa Cüdo Ümidləri Turniri yekunlaşıb İdmançılarımız Avropa Çempionatında iştirak edəcəklər Milli komanda üzvləri üçün antidopinq seminarları keçirib Diomande üçün 100 milyonluq təklif Avropa Cüdo Ümidləri Turnirində 14 yaşlıların mübarizəsi başa çatdı "Heyətimizi kompleksləşdirməyə çalışırıq" "Xankəndi" "Karvan-Yevlax"dan ayrılan futbolçunu transfer etdi Millimiz İslandiyaya məğlub oldu İtaliya nəhəngi Fernandeşlə maraqlanır Nəriman Axundzadə oynamadı, komandası qələbə qazandı Federasiya və “Sülh naminə güləş” təşkilatı arasında memorandum imzalanıb Premyer Liqa klublarının yay transferləri "Sumqayıt" "Kəpəz"lə qarşılaşır AGİN-in 32 yaşı olur Günün oyunları: "Sabah"ın rəqibindən inamlı qələbə "Gənclərə özlərini göstərmək şansı yaratdıq" - "Qəbələ"nin baş məşqçisi “Bavariya”da iki ayrılıq Avropa Cüdo Ümidləri Turniri: İlk yarış günü başa çatıb Azərbaycan karateçiləri dünya çempionatında 4 medal qazandı Argentinalı futbolçu ölkəsinə qayıtdı

“Sumqayıt”ın üzvü ABŞ ilə Azərbaycanı müqayisə etdi

Bölmə adı ABL
Yayımlandı 17-12-2025, 15:09

“Sumqayıt” klubunun mərkəz oyunçusu Elayca Hatçins-Everett klubun mətbuat xidmətinə müsahibə verib.

Sport1.az xəbər verir ki, amerikalı basketbolçu əvvəlcə Azərbaycana gəlişi ilə bağlı fikirlərini bölüşüb: “İlk dəfədir ki, okeanı adlayıb hansısa bir ölkədə oynamaq imkanı əldə etdim. Azərbaycan fərqli mədəniyyətə malik ölkədir. Bu mənim üçün yeni təcrübədir. Burada olmaqdan məmnunam”.

Hatçins-Everett Bakı və Sumqayıt şəhərləri ilə bağlı təəssüratlarını da diqqətə çatdırıb: “Bakını çox sevirəm. Şəhərin arxitekturası çox gözəldir. Bundan başqa insanların danışıq və geyim tərzi, onların bir-birinə qarşı davranışı gözəldir. Sizin insanlar çox nəzakətlidir. Ən əsası, Amerika ilə müqayisədə burada tam təhlükəsiz mühit formalaşıb. Azərbaycanda heç kim bir-birinə qarşı zorakılıq etmir. Amma ABŞ-da buna rast gəlmək olar. Mən Sumqayıtı da çox bəyənirəm. Bu şəhərdə insanların bulvarda gəzməsi mənim çox xoşuma gəlir”.

Basketbolçu komanda yoldaşları ilə münasibətlərindən də söz açıb: “Aramızda çox yaxşı münasibət var. Hərçənd, burada keçirdiyim ilk günlərdə dillə bağlı problemlə üzləşmişdim. Buradakıların ingilicəsi ilə biz amerikalıların danışıq dili bir az fərqlənir. Məhz buna görə bir az uyğunlaşmada çətinlik çəkdim. Amma müəyyən zamandan sonra bu problem yoluna qoyuldu”.

Elayca Hatçins-Everett komandanın çıxışı ilə bağlı fikirlərini bölüşərək gələcəyə ümidlə baxdıqlarını bildirib: “Hələ də üzərimizdə işləməli olduğumuz bəzi məsələlər var. Oyunumuzu düzəltməli və taktikamızı mükəmməlləşdirməliyik. Komandanın gələcəkdə daha yaxşı çıxış edəcəyinə inanıram!”

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR