18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunun ilk oyununda əzmkar qələbə qazanaraq ölkə qadın basketbolu tarixində ilkə imza atıb.Sport1.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev şəxsi feysbuk hesabında paylaşım edib:
"Sizə afərin, sizə əhsən. Böyük qələbələrimiz hələ irəlidədir. Uğurlar".Azərbaycan millisi ötən gün Bosniya və Herseqovina seçməsini 83:81 hesabı ilə üstələyib. Komanda qrupda növbəti oyunu bu gün, Bakı vaxtı ilə saat 21:30-da Ukraynaya qarşı keçirəcək.
Sport1.az