son dəqiqə SON DƏQİQƏ
"Zirə"də daha bir ayrılıq - RƏSMİ Bakıda voleybol üzrə AVRO-2026-nın oyunlarına bu gün start verilir "Neftçi" mübarizəni dayandırıb Azərbaycan millisinin cüdoçusu Ekvadorda dünya çempionu olub Günün oyunları: "Qarabağ" Niderand səfərindən inamlı qələbə ilə dönür - Premyer Liqa klublarının yay transferləri Millimizin üzvlərinin komandaları üçün pley-off sınağı - UEFA Avropa Liqası: Pley-offun oyunlarına start verilib - Qurban Qurbanov: “Çox vacib qalibiyyət oldu” Konfrans Liqası: "Qarabağ"dan minimalhesablı qələbə - Emrelidən növbəti qol Azərbaycanlı atletdən Avropa birinciliyində 2 medal İngiltərədə klubunu dəyişə bilər “Lokomotiv”dən “Qalatasaray”a Şeydayev oynadı, komandası qələbə qazandı “Sabah”da yeni müqavilə “Tvente” - “Qarabağ”: İki güləşçimiz dünya çempionatının finalında Millimizin yekun heyəti açıqlanıb Nigeriyalı yarımmüdafiəçi I Liqa klubunda “Milan”dan 60 milyonluq transfer Mourinyo onu Modriçə bənzətdi Portuqaliya millisinin üzvü “Barselona”da Azərbaycanın qadın güləşçiləri U-20 Dünya Çempionatının yarımfinalında “Tvente” “Qarabağ”la oyundan əvvəl futbolçusu ilə yollarını ayırdı Rəhbərlik Avropa Çempionatının medalçıları ilə görüş keçirib Azərbaycan Birinciliyi keçiriləcək

Azərbaycanda daha bir stadion təmir olunacaq - ÖZƏL

Bölmə adı Futbol / Manşet
Yayımlandı 3-03-2025, 12:24

Sentyabrın 28-dən oktyabrın 8-dək ölkəmizdə III MDB Oyunları keçiriləcək.

Sport1.az xəbər verir ki, yarışlar Gəncədə və Azərbaycanın digər 6 şəhərində baş tutacaq.

Oyunların keçiriləcəyi bölgələrdən biri də Şəkidir. Burada 3 idman növü üzrə yarışlar baş tutacaq. Bu səbəbdən də Şəki şəhər stadionu təmir olunacaq.

Arenada çövkən yarışları keçiriləcək. Stadionun tribunaları və ot örtüyündə dəyişiklər olacaq. Gənclər və idman naziri Fərid Qayıbov, Baş nazirin müavini Samir Şərifov arenaya ilkin baxış keçiriblər.

Məlumatı dəqiqləşdirmək üçün II Liqada çıxış edən "Sheki City"nin prezidenti Elgün Hüseynovla əlaqə saxladıq. Klub rəsmisi saytımıza açıqlamasında bunları söylədi:

"III MDB Oyunları ilə əlaqədar olaraq Gənclər və idman naziri Fərid Qayıbov, Baş nazirin müavini Samir Şərifov bu yaxınlarda Şəki şəhər stadionuna təşrif buyurmuşdular. Arenaya baxış keçirdilər. Böyük ehtimal çövkən oyunları Şəkidəki stadionda oynanılacaq. Bu səbəbdən də arena təmir olunacaq".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR