Ake klubunu dəyişə bilər

Bölmə adı İngiltərə
Yayımlandı 31-10-2025, 17:32

"Mançester Siti"nin müdafiəçisi Nathan Ake yayda klubu tərk edə bilər.

Sport1.az xəbər verir ki, niderlandlı futbolçu "Kristal Pelas"ın maraq dairəsindədir.

30 yaşlı oyunçu mövsüm sonu müqaviləsi başa çatan Mark Quehinin əvəzləyicisi kimi görülür.

Qeyd edək ki, “Mançester Siti” Akeni 2020-ci ildə “Bornmut”dan 45,3 milyon avroya transfer edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR