İcarə əsasında "Aston Villa"da çıxış edən Harvey Elliott "Liverpul"a geri dönə bilər.Sport1.az xəbər verir ki, müqavilənin şərtlərinə görə ingiltərəli futbolçu Birmingem təmsilçisində müəyyən matç sayı limitinə çatmasa "qırmızılar"a geri dönəcək.
22 yaşlı yarımmüdafiəçi bu mövsüm cəmi 93 dəqiqə oynayıb.
Qeyd edək ki, Harvey Elliott "Liverpul"dan "Aston Villa"ya bir mövsümlük icarəyə gedib. Sözləşmənin şərtlərinə görə, "Villa"nın gənc futbolçunu 35 milyon funt məbləğində məcburi satınalma bəndi var. Həmçinin, Mersisaydlıların Harveyi geri satınalma və satış bonusu almaq hüququ var.