Robertson vətənə qayıda bilər

Bölmə adı İngiltərə
Yayımlandı 30-10-2025, 19:51

“Liverpul”un müdafiəçisi Endryu Robertson karyerasını Şotlandiyada davam etdirə bilər.

Sport1.az xəbər verir ki, 31 yaşlı futbolçu ilə “Seltik” yaxından maraqlanır.

Şotlandiya millisinin üzvünün "mersisaydlılar"la müqaviləsi mövsümün sonunda başa çatır.

Qeyd edək ki, Robertson cari mövsümdə “qırmızılar”ın heyətində 9 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR