“Yuventus”un hücumçusu Conatan Devid İngiltərə nəhənginin maraq dairəsindədir.Sport1.az xəbər verir ki, “Tottenhem” qış transfer pəncərəsində kanadalı hücumçunu heyətinə qatmaq üçün mübarizəyə qoşulacaq.
24 yaşlı hücumçu ilə "Bavariya" da yaxından maraqlanır.
Qeyd edək ki, Conatan Devid "Yuventus" forması ilə meydana çıxdığı 11 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.