İngiltərə Liqa Kubokunda "Kristal Pelas"a 0:3 hesabı ilə məğlub olan "Liverpul"un baş məşqçi Arne Slot ilə planları müəyyənləşib.
Sport1.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, "mersisayd" təmsilçisi niderlandlı mütəxəssis ilə yolları ayırmaq düşüncəsində deyil.
Klub rəhbərliyindən futbolçulara qədər, hər kəs 47 yaşlı çalışdırıcıya inanır. Premyer Liqa təmsilçisinin idarəetmə heyəti belə böhran vəziyyətlərdən çıxaracaq tək şəxsi məhz Arne Slotun özü olaraq görür.
Qeyd edək ki, "Liverpul" bu mövsüm oynadığı 15 matçın 7-sində uduzub, 8-ində qələbə qazanıb.