"Olimpik Lion"un hücumçusu Malik Fofana zədələnib.
Sport1.az xəbər verir ki, belçikalı vinger "Strasburq"la oyunda zədələnərək birbaşa xəstəxanaya aparılmışdı.
20 yaşlı oyunçunun əməliyyat olunacaq. Onun bir neçə ay yaşıl meydanlardan uzaq qalması gözlənilir.
Qeyd edək ki, Malik Fofana ilə "Çelsi" və "Liverpul" yaxından maraqlanırdı.