Sabiq "Arsenal" baş məşqçisi Arsen Venger "el-klasiko"dan sonra danışdı.Sport1.az xəbər verir ki, fransalı mütəxəssis bu mübarizəni "kişilər və uşaqlar"ın mübarizəsi adlandırıb:
"Dünən baş tutan qarşılaşmada kişilər uşaqlara qarşı oynayırdı. "Real Madrid"in müdafiəsi çox güclü idi. Hücumda isə hər an qol vura biləcəklərmiş kimi görünürdülər. "Barselona" isə rəqibinə heç də qorxu verən kollektivə bənzəmirdi. Xabi Alonsonun haqqını yeməməliyəm. Bu qələbədə ən böyük pay onun oldu".Qeyd edək ki, görüş Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.