UEFA Çempionlar Liqasının liqa mərhələsində III tur üçün hakim təyinatları açıqlanıb.
Sport1.az xəbər verir ki, Türkiyə təmsilçisi "Qalatasaray"ın evdə "Bodo Qlimt"lə oynayacağı oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Maykl Oliver olacaq. Ona Stüart Burt və Ceyms Meynvarinq kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi funksiyasını isə Endryu Medli olacaq.
Qeyd edək ki, "Qalatasaray" - "Bodo Qlimt" matçı 22 oktyabr saat 22:45-də baş tutacaq.