“İnter” və “Atalanta”nın sabiq hücumçusu Nikola Ventola “Yuventus”un yay transfer siyasətini tənqid edib.
Sport1.az xəbər verir ki, italiyalı mütəxəssis "qoca sinyora"nın Vlahoviçi satmalı olduğunu bildirib:
“Vlahoviçi satmamaqla böyük səhvə yol verdilər. Randal Kolo Muanini birdəfəlik transfer etməli idilər. Onlar bu mövsüm A Seriyasında məğlubiyyəsiz irəliləsə də, 6 oyunda 3 heç-heçəyə razılaşıblar".