“Liverpul”un futbolçusu millinin düşərgəsinə qoşulmayacaq

Bölmə adı İngiltərə
Yayımlandı 6-10-2025, 23:12

“Liverpul”un futbolçusu Vataru Endo Yaponiya millisinin oyunlarını buraxacaq.

Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi zədə səbəbindən millinin düşərgəsinə qatılmayacaq.

Yaponiya millisi oktyabrın 10-da Paraqvay, 4 gün sonra Braziliya ilə yoldaşlıq görüşü keçirəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR