son dəqiqə SON DƏQİQƏ

"Qarabağ"ın futbolçusu Avropa klubunun hədəfində

Bölmə adı Futbol / Azərbaycan / Liqalar
Yayımlandı 26-03-2025, 23:30

"Qarabağ"ın futbolçusu Nəriman Axundzadə karyerasını ölkə xaricində davam etdirəcək.

Sport1.az "Football.az"a istinadən xəbər verir ki, 20 yaşlı hücumçu Norveçin "Molde" klubuna keçəcək.

O, transfer məsələsini həll etmək üçün artıq Skandinaviya ölkəsinə yollanıb. Baş tutacaq keçidin detalları hələlik açıqlanmasa da, "Molde"nin Ağdam təmsilçisinə təxminən 400 min avro ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, N.Axundzadə bu mövsüm "Qarabağ"ın heyətində bütün turnirlərdə 32 oyun keçirib, 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "köhlən atlar"la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR