son dəqiqə SON DƏQİQƏ

Yığmanın baş məşqçisi qovuldu

Bölmə adı Futbol
Yayımlandı 26-03-2025, 12:52

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) millisinin baş məşqçisi Paulu Bentu istafaya göndərilib

Sport1.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Qərar BƏƏ-nin DÇ-2026-nın Asiya üzrə seçmə mərhələsində Şimali Koreya üzərində 2:1 hesablı qələbəsindən bir gün sonra verilib.

BƏƏ mundialın final mərhələsinə vəsiqə qazanmaq şanslarını qoruyub saxlayır. Komanda sona iki tur qalmış A qrupunda üçüncü pillədə qərarlaşıb və lider mövqeyində olan Özbəkistandan cəmi 4 xal geri qalır.

Qeyd edək ki, 55 yaşlı portuqaliyalı mütəxəssis 2023-cü ildən komandaya rəhbərlik edirdi. O, daha əvvəl Portuqaliya və Cənubi Koreya yığmalarını, həmçinin "Sportinq" (Portuqaliya), "Olimpiakos" (Yunanıstan) və "Kruzeyro"nu (Braziliya) çalışdırıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR