son dəqiqə SON DƏQİQƏ

Millimizin futbolçusu: "Yaxşı oynadıq"

Bölmə adı Futbol
Yayımlandı 26-03-2025, 10:28

"Birinci hissədə yaxşı oynadıq".


b]Sport1.az[/b] xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Xəyal Əliyev deyib.

Gənc oyunçu Belarusa 0:2 hesabı ilə uduzduqları yoldaşlıq matçı ilə bağlı fikirlərini bölüşüb:

"Öz səhvlərimizdən qapımızda qollar gördük. Ümumi götürsək, komanda olaraq yaxşı oynadıq"

İlk dəfə yığmaya dəvət alan Əliyev toplanışın yaxşı keçdiyini sözlərinə əlavə edib: "Bəzi səbəblərdən bu qarşılaşmalarda uduzduq. İnşallah, gələcəkdə daha yaxşı olacaq, qələbələr qazanacağıq"

O, millidəki təcrübəli oyunçuların onlara köməklik etdiyini də vurğulayıb: "Bu, yaxşı təcrübə idi. Əsas milliyə ilk dəfə dəvət alırdım. Baş məşqçiyə təşəkkür edirəm. Start heyətində də mənə şans verdi. Məncə, şansdan yaxşı istifadə etdim".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR