son dəqiqə SON DƏQİQƏ

Yığma yenə uduzdu

Bölmə adı Futbol / Azərbaycan
Yayımlandı 25-03-2025, 23:30

Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusa məğlub olub.
Sport1.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matç rəqib komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Pavel Zabelin (59) və Nikita Demçenko (78) Azərbaycan yığmasının qapısından keçirib.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haitiyə də məğlub olmuşdu - 0:3.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR