son dəqiqə SON DƏQİQƏ

Dadaşovdan növbəti qol

Bölmə adı Futbol
Yayımlandı 24-03-2025, 18:00

Azərbaycan yığmasının keçmiş hücumçusu Rüfət Dadaşov Berlin “Dinamo”sunda daha bir matça çıxıb.


Sport1.az xəbər verir ki, forvard Berlin Liqa Kubokunun oyununda iştirak edib.

1/4 finalda “Kroatia” ilə üz-üzə gələn “Dinamo” rəqibini üç cavabsız qolla darmadağın edib. Dadaşov qarşılaşmadakı son topun müəllifi olub.

Qeyd edək ki, turnirə mayın 24-də yekun vurulacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR