son dəqiqə SON DƏQİQƏ

Türkiyə millisində növbəti itki

Bölmə adı Futbol
Yayımlandı 22-03-2025, 16:37

Türkiyə milli komandasının heyətində növbəti ciddi itki baş verib.

Sport1.az xəbər verir ki, "Qalatasaray"ın müdafiəçisi Kaan Ayhan yığmanın düşərgəsini tərk edib. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

30 yaşlı mərkəz müdafiəçisi UEFA Millətlər Liqası pley-off mərhələsinin Macarıstanla ilk matçında (3:1) zədələnərək meydanı tərk edib.

Daha əvvəl "Fənərbaxça"nın futbolçusu müdafiəçisi Mert Müldür və "Qalatasaray"ın vingeri Yunus Akgün zədə səbəbindən "ay-ulduzlular"ın heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, Türkiyə yığması sabah Bakı vaxtı ilə saat 21:00-da səfərdə Macarıstanla cavab görüşünə çıxacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR