son dəqiqə SON DƏQİQƏ

Bölgə klubu yarışdan kənarlaşdırıldı

Bölmə adı Futbol
Yayımlandı 22-03-2025, 16:06

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Sport1.az xəbər verir ki, qurum U-13 və U-14 Liqalarında çıxış edən “Hindarx” komandaları ilə bağlı qərar verib.

Hər iki komandanın heyətində lisenziyası saxtalaşdırılmış futbolçular çıxış etdiyinə görə həmin oyunçuların meydana çıxdığı bütün matçlarda Ağcabədi təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. “Hindarx” yarışlardan kənarlaşdırılıb.

Ağcabədinin digər klubu “Olimpiya”nın rəsmisi Orxan Mehman oğlu Əliyev futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə 1 il müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb. “Hindarx” rəsmisi Samiq Raqif oğlu Quliyev futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə 6 ay müddətinə futbolla bağlı fəaliyyətdən uzaqlaşdırılıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR