son dəqiqə SON DƏQİQƏ

Superkubokun keçirildiyi ölkə dəyişdirilə bilər

Bölmə adı Futbol
Yayımlandı 20-03-2025, 15:30

İtaliya Superkubokunun keçiriləcəyi ölkə dəyişdirilə bilər.

Sport1.az xəbər verir ki, bu barədə A Seriyasının Kommersiya və Marketinq Direktoru Mikele Çikkareze yerli mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, turnirin Səudiyyə Ərəbistanında yox, Hindistanda baş tutma ehtimalı var.

Qurum rəsmisi bildirib ki, Superkuboku daha geniş auditoriyaya cəlb etmək istəyirlər.

Qeyd edək ki, İtaliya Superkuboku son üç ildə Səudiyyə Ərəbistanında təşkil olunub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR